Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Hindistan Respublikasının Baş naziri zati-aliləri cənab Atal Bihari Vacpaiyə başsağlığı məktubu - Bakı şəhəri, 25 iyun 2001-ci il

Hörmətli cənab Baş nazir!

Kerala ştatında baş vermiş dəmir yolu qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.