Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Boru kəmərinin tikintisi və istismarına dair sazişlər paketi 1999-cu il noyabrın 18-də İstanbulda ATƏT sammiti çərçivəsində Heydər Əliyev, Türkiyə Prezidenti Süleyman Dəmirəl, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkmənistan Prezidenti Saparmurad Niyazov və ABŞ Prezidenti Bill Klintonun iştirakı ilə imzalanıb.
BTC neft kəməri Azərbaycan neftinin Xəzər dənizindən Turkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqlini həyata keçirir. Uzunluğu 1768 km olan BTC yeni minilliyin çox böyük mühəndis-texniki cəhdlərindən biridir.
“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.153