Hörmətli cənab prezident!
Birləşmiş Millətlər Təşkilatının Bağdaddakı nümayəndəliyinə qarşı törədilmiş terror aktı nəticəsində BMT Baş katibinin İraqdakı xüsusi nümayəndəsi - həmvətəniniz, görkəmli diplomat Serjio Viera de Mellonun həlak olması xəbəri məni ürəkdən kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, mərhumun ailəsinə, bütün Braziliya xalqına dərin hüzn ilə başsağlığı verirəm.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
\"Azərbaycan\" qəzeti, 21 avqust 2003-cü il.