Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Süleyman Dəmirələ - Bakı şəhəri, 17 avqust 1999-cu il

Əziz dostum və qardaşım!

İstanbul ilə Ankara arasında baş vermış zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntı barədə xəbər məni dərindən sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizə şərık çıxır, Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzu edirəm.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti