Hindistan Respublikasının Prezidenti Zati-Aliləri Şankar Dajjal Şarma cənablarına - 25 yanvar 1995-ci il

Zati-aliləri!

Hindistan Respublikasının milli bayramı-Respublika günü münasibətilə sizi və bütün dost hind xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edir, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram

Ümidvaram ki, Azərbaycan ilə Hindistan Respublikası arasındakı dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahına xidmət edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.