Hörmətli cənab prezident!
Özbəkistanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və qardaş özbək xalqını ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycanla Özbəkistan arasındakı sıx və qarşılıqlı surətdə faydalı əməkdaşlıq, xalqlarımızın ənənəvi xeyirxah, dostluq münasibətləri ölkələrimizin çiçəklənməsi, regionda sülh, sabitlik və tərəqqi naminə daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, bütün özbək xalqına firavanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti