Hörmətli cənab Prezident!
Sloveniya Respublikasının milli bayramı - Sloveniyanın Dövlətçiliyi günü münasibətilə Sizi və dost Sloveniya xalqını ürəkdən təbrik edirəm.
Ölkələrimiz arasında təşəkkül tapan dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Əminəm ki, qarşılıqlı əlaqələrimiz xalqlarımızın rifahı naminə daim genişlənəcəkdir.
Sizə mökəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti