Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Zimbabve Respublikasının Prezidenti zati-aliləri cənab Robert Qabriel Muqabeyə təbriki - Bakı şəhəri, 18 aprel 2001-ci il

Hörmətli cənab Prezident!

Zimbabve Respublikasının milli bayramı - Müstəqilliyin elan edilməsi günü münasibətilə Sizi və dost Zimbabve xalqını səmimi-qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan - Zimbabve əlaqələri ölkələrimizin və xalqlarımızın mənafeyi naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, uğurlar, ölkənizə sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.