Hörmətli cənab Baş nazir!
Malayziyanın milli bayramı - Milli gün münasibətilə Sizi və dost Malayziya xalqını səmimi-qəlbdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələrin inkişafı xalqlarımızın rifahına öz töhfəsini verəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.