Hörmətli cənab prezident!
Polşa Respublikasının milli bayramı - Konstitusiya günü münasibətilə sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Azərbaycan respublikası ilə Polşa Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin gündən-günə inkişaf etməsindən məmnunam. Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin bütün sahələrdə genişlənməsi bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
\"Azərbaycan\" qəzeti, 3 may 2003-cü il.