Hörmətli cənab Prezident!
Makedoniya Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizi və dost Makedoniya xalqını ürəkdən təbrik edirəm.
Ümidvaram ki, xalqlarımızın mənafeyinə xidmət edən qarşılıqlı əlaqələrimiz daim genişlənəcək və inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.