Hörmətli cənab kansler!
Paris şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində çox sayda Almaniya vətəndaşlarının həlak olması xəbəri məni ürəkdən kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, yaxın adamlarına və bütün Almaniya xalqına dərin hüznlə başsağlığı verirəm.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
\"Azərbaycan\" qəzeti, 27 iyul 2000-ci il.