Amerika Birləşmiş Ştatlarının prezidenti zati-aliləri cənab Bill Klintona - Klivlend şəhəri, 27 sentyabr 2000-ci il

Hörmətli cənab prezident!

Əziz dostum!

Birləşmiş Millətlər Təşkilatının keçirdyi minilliyin zirvə görüşü zamanı sizinlə yenidən görüşməyimdən məmnun oldum.

Nyu-Yorkda və Vaşinqtonda çox səmərəli görüşlərimi başa çatdırdıqdan sonra Klivlend klinikasında müayinədən keçdim.

Sizin gözəl ölkənizi tərk edərkən bir daha Amerika Birləşmiş Ştatlarında olduğum müddətdə mənə göstərdiyiniz qayğıya, diqqətə, hörmət və ehtirama görə sizə dərin təşəkkürümü bildirirəm.

Əminəm ki, sizinlə birlikdə möhkəm zəmin əsasında qurduğumuz Amerika-Azərbaycan dostluğu, dövlətlərimiz arasında mövcud olan strateji tərəfdaşlıq münasibətləri və geniş iqtisadi əlaqələr bundan sonra daha da güclənəcək və inkişaf edəcəkdir.

Sizə uzun ömür, cansağlığı və xoşbəxtlik arzu edirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

\"Azərbaycan\" qəzeti, 28 sentyabr 2000.