Zati-aliləri!
Yəmən Respublikasının milli bayramı - Milli Birlik Günü münasibətilə Sizi və qardaş Yəmən xalqını səmimi-qəlbdən təbrik edir, Sizə cansağlığı və uğurlar, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.
İnanıram ki, Azərbaycan Respublikası ilə Yəmən Respublikasının dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahının yüksəlməsi naminə inkişaf edib genişlənəcəkdir.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti