Yaponiyanın baş naziri zati-aliləri cənab Yoşiro Moriyə - Bakı şəhəri, 6 aprel 2000-ci il


Hörmətli cənab baş nazir!

Yaponiyanın baş naziri seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Yaponiya arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yaponiya xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 7 aprel 2000-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya