Hörmətli cənab Prezident!
Yəmən Respublikasının milli bayramı - Birlik günü mü-nasibətilə Sizi və dost Yəmən xalqını ürəkdən təbrik edirəm.
Azərbaycan Respublikası ilə Yəmən Respublikası arasında təşəkkül tapmış münasibətləri yüksək qiymətləndirirəm. Ümidvaram ki, qarşılıqlı səylərimiz xalqlarımızın və ölkələ-rimizin rifahına mühüm töhfələr verəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti