Hörmətli cənab prezident!
Suriya Ərəb Respublikasının milli bayramı - Təxliyya günü münasibətilə Sizi və qardaş Suriya xalqını ürəkdən salamlayır və təbrik edirəm.
Əminəm ki, Azərbaycan Respublikası ilə Suriya Ərəb Respublikası arasındakı əlaqələr bundan sonra da genişlənərək xalqlarımızın rifahının yüksəlməsinə, ölkələrimizin tərəqqisinə xidmət edəcəkdir.
Cənab prezident, Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, xalqınıza sülh, səadət və çiçəklənmə arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.