Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Venesuela Bolivar Respublikasının Prezidenti zati-aliləri cənab Hüqo Çavez Friasa - Bakı şəhəri, 2 iyul 2003-cü il


Hörmətli cənab Prezident!

Venesuelanın milli bayramı - Müstəqilliyin elan edilməsi günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında əlaqələr xalqlarımızın mənafeyi naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Venesuela xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 5 iyul 2003-cü il.

Tarixi arayış

XARİCİ SİYASƏT