Əlahəzrət!
İsveç Krallığının milli bayramı – İsveç bayrağı günü münasibətilə Sizi və bütün İsveç xalqını səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan–İsveç münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm. Ümidvaram ki, genişlənməkdə olan əlaqələrimiz ölkələrimiz arasında əsl dostluq və əməkdaşlıq körpüsü salacaqdır.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveç xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti