Hörmətli cənab başçı!
Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin milli bayramı - İnqilab günü münasibətilə sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafı əməkdaşlıq imkanlarını genişləndirəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Liviya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti, 2 sentyabr 2003-cü il.