Türkiyə Böyük Millət Məclisinin sədri zati-aliləri cənab Bülənd Arınca - 25 oktyabr 2003-cü il


Hörmətli cənab sədr!

Türkiyə Respublikasının milli bayramı – Respublika elan edilməsi günü münasibətilə Sizi və Türkiyə Böyük Millət Məclisinin bütün üzvlərini təbrik edirəm.

Əminəm ki, xalqlarımız arasında tarixən mövcud olmuş dostluq və qardaşlıq münasibətləri daim yaşayacaq və ölkələrimizin rifahına, daha da qüdrətlənməsinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.

 

Hörmətlə, 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti