Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Baş naziri zati-aliləri cənab Bülənd Ecevitə təbriki - Bakı şəhəri, 23 oktyabr 2001-ci il


Hörmətli cənab Baş nazir!

Türkiyə Respublikasının milli bayramı – Respublika elan edilməsi günü münasibətilə Sizi və qardaş Türkiyə xalqını səmimi-qəlbdən təbrik edirəm.

Atatürk ideallarına sadiq qalan Türkiyə Cümhuriyyətinin XX əsrdə böyük inkişaf yolu keçərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda qazandığı uğurlardan, ölkənizin regionun güclü dövlətlərindən birinə çevrilməsindən, gündən-günə artan beynəlxalq nüfuzundan fərəh hissi duyuruq. Əminəm ki, tarixi, mənəvi kökləri eyni olan, bir-birinə dərin inam və etibar hissi ilə yanaşan xalqlarımız arasındakı dostluq və əməkdaşlıq daim möhkəmlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyəyə sülh va tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.