Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıda 1990-ci ilin faciəli Yanvar hadisələri zamanı şəhid olanların ailə üzvləri və həmin günlərdə yaralanıb əlil olanların bir qrupu ilə görüşdə çıxışı (19 yanvar 1994-cü il) sənədinə tarixi arayış


1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Azərbaycanda suveren, demokratik dövlət yaratmaq amalı ilə ayağa qalxmış xalqa qarşı ağır cinayət törədib. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 147 mülki vətəndaş öldürülüb, 370-dən çox adam yaralanıb, 321 adam itkin düşüb. Öldürülənlər arasında beş millətin nümayəndəsi, 20-dən çox qadın, uşaq var idi.

17 yanvar 1992-ci ildə Ali Sovetin Milli Şurası “20 Yanvarın “Şəhidlər günü” elan olunması haqqında” qanun qəbul edib. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra 1990-cı  ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələrini daha dəqiq araşdırılıb və müstəqil Azərbaycan Respublikası 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymətini verib.