ABŞ, Kanada və 54 Avropa ölkəsini (cəmi 56) birləşdirən və Avropa regionunda demokratik idarəçilik əsasında təhlükəsizliyi təmin etmək üçün nəzərdə tutulmuş beynəlxalq təşkilat. Üzv dövlətlərin dövlət və hökumət başçılarının 5-6 dekabr 1994-cü il Budapeşt Zirvə görüşündən sonra elan olunub. Budapeşt sammitinə qədər 1 avqust 1975-ci ildən ATƏM (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi) adlanıb. Daimi təşkilati orqanlarının formalaşdırılması ilə 1 yanvar 1995-ci ildən ATƏT adlanır. Azərbaycan 30 yanvar 1992-ci ildə bu təşkilata üzv qəbul olunub. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün ATƏT-in Minsk qrupu vasitəçilik edir.