Keniya Respublikasının Prezidenti zati-aliləri cənab Daniel arap Moiyə - Bakı şəhəri, 7 dekabr 2002-ci il


Hörmətli cənab prezident!

Keniya Respublikasınınmilli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, ölkələrimizin dostluğu xalqlarımızın yaxınlaşması və əməkdaşlığı üçün geniş imkanlar açacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Keniya xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 12 dekabr 2002-ci il