İndoneziya Respublikasının Prezidenti zati-aliləri cənab Əbdürrəhman Vahidə - Bakı şəhəri, 22 oktyabr 1999-cu il


Hörmətli cənab prezident!

İndoneziya Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında təşəkkül tapmış dostluq münasibətlərinə böyük əhəmiyyət verirəm. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İndoneziya xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya