Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl ilə təkbətək görüşdəki söhbətdən - Ankara, Çankaya köşkü, 1 noyabr 1999-cu il


Süleyman Dəmirəl: Əziz dostum, qardaşım, Azərbaycan prezidenti Heydər Əliyevi! Sizi salamlayır, Türkiуəуə gəlişinizdən son dərəcə sevinc duyuram.

Heydər Əliyev: Məni mehribancasına qarşıladığınıza və səmimi qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm. Bütün Azərbaycan xalqı və şəxsən öz adımdan türk xalqlarının lideri olan Sizi anadan olmağınızm 75 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, türk dünyasının rifahı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Süleyman Dəmirəl:  Xoş sözlərə görə təşəkkür edirəm. Mən də Sizi Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülməyiniz münasibətilə ürəkdən təbrik edir, regionda sülhün, təhlükəsizliyin bərqərar edilməsi yolunda göstərdiyiniz səyləri yüksək qiymətləndirirəm.

Heydər Əliyev: Çox sağ olun, cənab prezident. Mən Sizə də, türk xalqına da minnətdarlığımı bildirirəm. Mən baş vermiş zəlzələdə zərər çəkənlərin dərdinə şərik olur, ölənlərə rəhmət, qalanlara səbir və salamatlıq arzulayıram. Sizinlə birlikdə zəlzələnin mərkəzi Kocaelidə, İzmitdə olarkən orada çadırlarda müvəqqəti yerləşdirilmiş insanlarla görüşərkən mən də Sizin kimi zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılması üçün görüləcək tədbirlər barədə fikirləşdim. Azərbaycan xalqı qardaş türk xalqına hər cür kömək etməyə hazırdır.

Süleyman Dəmirəl: Təşəkkür edirəm. Doğrudan da baş vermiş fəlakətlə əlaqədar Azərbaycan birincilər sırasında köməуə gəldi.

Heydər Əliyev: Türkiyə xalqı belə ağır şəraitdə əsl qəhrəmanlıq, vətənpərvərlik, dözümlülük nümayiş etdirdi. Müharibə şəraitində yaşayan Azərbaycan xalqı da bu gün hələ ki, torpaq itkisinə, erməni təcavüzü ilə bağlı müsibətlərə dözür, hələ də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasma yönəldilmiş nizamasalma prosesinin uğurla başa çatacağına ümid edir.

Süleyman Dəmirəl: Münaqişənin sülh yolu ilə həlli sahəsində Azərbaycanın və prezident Heydər Əliyevin səyləri Türkiyə tərəfindən dəstəklənir.

Heydər Əliyev: Bizim birgə işlərimiz çoxdur. Xəzərin zəngin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün Bakı- Ceyhan əsas neft kəməri layihəsinin reallaşdırılması sahəsində böyük işlər görülür. Biz bu işlərin uğurla başa çatması üçün əlimizdən gələni etməliyik.

Süleyman Dəmirəl: Bəli, biz buna əminik. Həm Türkiyə, həm Azərbaycan bütün regional məsələləri birlikdə və uğurla başa çatdırmaq əzmindədir.