Türkiyə Respublikasının Prezidenti Zati-Aliləri cənab Əhməd Necdət Sezərə - Bakı şəhəri, 6 may 2000-ci il


Hörmətli cənab prezident!

Türkiyə Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Xalqlarımız arasında dərin tarixi kökləri olan dostluq və qardaşlıq münasibətlərini Türkiyə - Azərbaycan əlaqələrinin sarsılmazlığının və dönməzliyinin mühüm şərti hesab edirəm. Əminəm ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasıbətləri xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

“Azərbaycan” qəzeti, 7 may  2000-ci il