Fələstin dövlətinin prezidenti zati-aliləri cənab Yasir Ərəfata - Bakı şəhəri, 6 noyabr 1999-cu il


Hörmətli cənab prezident!

Qəzzə sektorunu Qərb sahilindəki Fələstin şəhərləri ilə birləşdirən dəhlizin istifadəyə verilməsi münasibətilə sizi ürəkdən təbrik edirəm.

Bu hadisəni qəhrəman xalqınızın gələcəyi və səadəti naminə yorulmaz fəaliyyətinizin bəhrəsi kimi qiymətləndirirəm.

Əminəm ki, yenilməz mübarizəniz və fədakarcasına səyləriniz nəticəsində bölgədə sülh və əmin-amanlıq əbədi bərqərar olacaqdır.

Sizə möhkəm cansağlığı, uğurlar, dost Fələstin xalqına xoşbəxtlik və tərəqqi arzu edirəm.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.