Hörmətli cənab prezident!
Müksika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik elan edilməsi günü münasibətilə sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Meksika arasında münasibətlər bundan sonra da dostluq və məmkdaşlıq məcrasında davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Meksika xalqına əmni-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti, 16 sentyabr 2003-cü il.