Konqo Respublikasının prezidenti Zati-aliləri cənab Deni Sassu – Nqessoya – Bakı şəhəri, 9 avqust 2000-ci il


Hörmətli cənab prezident!

Konqo Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Konqo xalqını səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı və uğurlar, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram. 

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Konqo Respublikası arasında dostluq və əməkdaşlıq münasibətləri daha da genişlənəcək, xalqımızın rifahının yaxşılaşmasına xidmət edəcəkdir.

Hörmətlə,

Hеydәr Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

“Azərbaycan” qəzeti, 13 avqust 2000-ci il 

Oçerklər

XARİCİ SİYASƏT

Ümumi tarixi arayış

Tarixi arayış