Koreya Respublikasının prezidenti Zati-aliləri cənab Kim Day Çunqa – Bakı şəhəri, 9 avqust 2000-ci il


Hörmətli cənab prezident!

Koreya Respublikasının milli bayramı – Koreyanın azad olunması günü münasibətilə Sizə və ölkənizin dost xalqına səmimi salamlarımı və təbriklərimi yetirir, Sizə cansağlığı və uğurlar, xalqınıza tərəqqi və əmin-amanlıq arzulayıram.

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə böyük əhəmiyyət verərək əmin olduğumu bildirirəm ki, iki ölkənin sıx əməkdaşlığı xalqlarımızı mənafeyinə, bütün dünyada sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

“Azərbaycan” qəzeti, 16 avqust 2000-ci il

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış