Türkiyə Respublikasının Böyük Millət Məclisinin sədri cənab Yıldırım Akbuluta - Bakı şəhəri 30 avqust 2000-ci il


Hörmətli cənab sədr!

Azərbaycan Respublikasının keçmiş prezidenti, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əbülfəz Elçibəyin vəfatı münasibətilə göndərdiyiniz başsağlığı məktubunuzla əlaqədar olaraq Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə, 

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 31 avqust 2000-ci il.