Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Zati-aliləri cənab Entoni Bleyerə – Bakı şəhəri, 13 iyun 2000-ci il


Hörmətli cənab baş nazir!

Böyük Britaniya və Şimali İrlandiya Birlaşmiş Krallığının milli bayramı - kraliçanın təvəllüdü günü münasibətilə Sizə və dost Britaniya xalqına səmimi təbriklərimi yetirir, Sizə cansağlığı və uğurlar, ölkənizə əmin-amanlıq və daha böyük tərəqqi arzulayıram. 

Böyük Britaniyanın bütün sahələrdə əldə etdiyi nailiyyətlər bizi sevindirir və Sizin rəhbərliyinizlə Britaniya xalqı öz inkişaf yolunda bundan sonra da uğurla irəliləyəcəkdir.

Biz Böyük Britaniya və Şimali İrlandiya Birlaşmiş Krallığı ilə hərtərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə böyük əhəmiyyət veririk və bunu yuksək qiymətləndiririk.

Əminəm ki, ölkələrimiz arasında sıx əməkdaşlıq Azərbaycanda demokratik cəmiyyət qurulmasına, geniş siyasi və iqtisadi islahatlar aparılmasına, regionda və ümumən dünyada sülhün və sabitliyin təmin olunmasına xidmət edəcəkdir.

Dərin hörmət və ehtiramla,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

“Azərbaycan” qəzeti, 18 iyun 2000-ci il  

Tarixi arayış

Azərbaycan - Avropa