"Qara Dəniz Hövzəsi İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Dövlət Başçılarının Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi (Moskva, 25 oktyabr 1996-cı il)" sənədinə tarixi arayış


24 - 25 oktyabr 1996-cı il tarixdə Heydər Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkə rəhbərlərinin Moskva görüşündə iştirak edib. Azərbaycan QDİƏT-in bünövrəsini qoyan üzv ölkələrdən biri olsa da, Ermənistanla Azərbaycan arasında gedən müharibə səbəbindən Azərbaycan bu təşkilatın işində tam şəkildə iştirak edə bilmirdi.

QDİƏT dövlət başçılarının işinə ilk dəfə olaraq qatılan Heydər Əliyev nitq söyləyərək təşkilatın perspektivlərindən və regionda oynaya biləcəyi roldan danışıb. Zirvə görüşü çərçivəsində Heydər Əliyev həmçinin Ermənistan Prezidenti Levon Ter-Petrosyanla, Türkiyə Prezidenti Süleyman Dəmirəllə, Bolqarıstan Prezidenti Jelyü Jeleylə və Rusiya Federasiyasının Baş naziri Viktor Çernomırdinlə görüşüb.

Zirvə görüşünün nəticəsi olaraq QDİƏTin yeni inkişaf perspektivlərini müəyyənləşdirən Moskva Bəyannaməsi imzalanıb.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.81