Hörmətli cənab Prezident!
Meksika Birləşmiş Ştatlarının milli bayramı- Müstəqilliyin elan edilməsi günü münasibətilə Sizi və dost Meksika xalqını səmimi-qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Meksika arasındakı dostluq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.