Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rumıniyanın Prezidenti zati-aliləri cənab İon İliyeskuya təbriki - Bakı Şəhəri, 26 noyabr 2001-ci il


Hörmətli cənab Prezident!

Rumıniyanın milli bayramı munasibətilə Sizi və dost Rumıniya xalqını ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Rumıniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın mənafeyi naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.