Macarıstan Respublikasının Prezidenti zati-aliləri cənab Ferents Madla - Bakı şəhəri, 16 oktyabr 2001-ci il


Hörmətli cənab prezident!

Macarıstan Respublikasının Milli bayramı münasibətilə Sizi və dost Macarıstan xalqını ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Macarıstan Respublikası arasında təşəkkül tapmaqda olan dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm can-sağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 23 oktyabr 2001-ci il.

Tarixi arayış