Pakistan İslam Respublikasının prezidenti zati-aliləri cənab Məhəmməd Rəfiq Tərara - Bakı şəhəri, 23 mart 2000-ci il


Hörmətli cənab prezident!

Pakistan İslam Respublikasının milli bayramı - Pakistan gününün ildönümü münasibətilə sizi, dost və qardaş Pakistan xalqını məmnuniyyətlə təbrik edirəm.

Biz Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını yüksək qiymətləndiririk.

Əminəm ki, xalqlarımızın tarixi köklərlə bağlı olan əlaqələri inkişaf edib dərinləşərək hər iki ölkənin mənafeyinə xidmət edəcəkdir.

Cənab prezident, Sizə cansağlığı və səadət, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.