Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Niderlandın kraliçası ülyahəzrət Beatriksə məktubu - Bakı şəhəri, 22 aprel 2003-cü il


Ülyahəzrət!

Niderland Krallığının milli bayramı - Kraliça günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Niderland arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 30 aprel 2003-cü il.

Tarixi arayış

Azərbaycan - Avropa