Norveçin kralı Əlahəzrət V Haralda - Bakı şəhəri, 13 may 2002-ci il


Əlahəzrət!

Norveç krallığının milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və bütün Norveç xalqını təbrik edirəm.

Azərbaycan ilə Norveç arasındakı dostluq və əməkdaşlığın genişlənməsindən məmnunluq duyuram. Əminəm ki, qarşlıqlı əlaqələrimiz xalqlarımızın mənafeyinə uyğun olaraq bundan sonra da uğurla davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Norveç xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 17 may 2002-ci il.