Banqladeş Respublikasının Prezidenti zati-aliləri cənab Bədruddoza Çoudhuriyə - Bakı şəhəri, 13 mart 2002-ci il


Hörmətli cənab prezident!

Banqladeş Xalq Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün Banqladeş xalqını təbrik edirəm.

Ölkələrimiz arasındakı münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Əminəm ki, dostluq və əməkdaşlıq əlaqələrimiz daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan qəzeti", 13 mart 2002-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya