Rumıniyanın Prezidenti zati-aliləri cənab İon İliyeskuya - Bakı şəhəri, 29 noyabr 2002-ci il


Hörmətli cənab prezident!

Rumıniyanın milli bayramı münasibətilə Sizi və xalqınızı səmim-qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın inkişafından, qarşılıqlı əlaqələrimizin genişlənməsindən məmnunluq duyuram. Əminəm ki, mövcud imkanlardan tam istifadə olunması üçün bütün səylərimizi səfərbər etməklə xalqlarımızın rifahına yeni töhfələr verəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 1 dekabr 2002-ci il.