Tacikistan Respublikasının prezidenti zati-aliləri cənab İmaməli Rəhmonova - Bakı şəhəri, 5 sentyabr 2002-ci il


Hörmətli  İmaməli Şaripoviç!

Milli bayramınız - Müstəqillik günü münasibətilə Sizi və Tacikistan xalqını ürəkdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında yaranmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə, regionda təhlükəsizliyin və sabitliyin təmin olunması naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, qardaş Tacikistan xalqına isə sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.