Türkiyə Respublikasının Baş naziri zati-aliləri cənab Əhməd Bülent Ecevitə - Bakı şəhəri, 26 oktyabr 2002-ci il


Hörmətli cənab baş nazir!

Türkiyə Respublikasının milli bayramı - Respublika elan edilməsi günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Dost və qardaş Türkiyənin dövlətçiliyin möhkəmləndirilməsində, cəmiyyətin həyatının bütün sahələrində qazandığı bütün nailiyyətləri yüksək qiymətləndirirəm.

Əminəm ki, qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımız arasındakı dostluq tarixin bütün sınaqlarından çıxaraq əbədi yaşayacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Türkiyə xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 29 oktyabr 2002-ci il.