Türkiyə Böyük Millət Məclisinin sədri zati-aliləri cənab Bülənd Arınça - Bakı şəhəri, 20 noyabr 2002-ci il


Hörmətli cənab sədr!

Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Türkiyə arasında dərin tarixi kökləri olan dostluq və qardaşlıq münasibətləri, qarşılıqlı əlaqələrimiz və əməkdaşlığımız daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezident.

"Azərbaycan" qəzeti, 21 noyabr 2002-ci il.