Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Hindistan Respublikasının baş naziri zati-aliləri cənab Atal Bihari Vacpaiyə məktubu - 4 avqust 2003-cü il


Hörmətli cənab baş nazir!

Hindistan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Hindistan əməkdaşlığının qarşılıqlı surətdə faydalı zəmində inkişaf etdirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 15 avqust 2003-cü il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya