Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının prezidenti zati-aliləri cənab Əhməd Necdət Sezərə məktubu - Bakı şəhəri, 1 may 2003-cü il


Hörmətli cənab prezident!

Bingöl bölgəsində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 2 may 2003-cü il.