Syerra-Leone Respublikasının Prezidenti zati-aliləri cənab Əhməd Tecan Kabbaya - Bakı şəhəri, 26 aprel 2002-ci il


Hörmətli cənab prezident!

Syerra-Leone Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün Syerra-Leone xalqını təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafeyi naminə hərtərəfli inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Syerra-Leone Respublikasının xalqına əmin-amanlıq və çiçəklənmə arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 28 aprel 2002-ci il

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış