İsveçrə Konfederasiyasının Prezidenti zati-aliləri cənab Kaspar Villigerə - Bakı şəhəri, 10 yanvar 2002-ci il


Hörmətli cənab prezident!

İsveçrə Konfederasiyasının prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 11 yanvar 2002-ci il.